1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı – Video

1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı – Video

Hazırda oxunan: 1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı – Video

625248

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb.

Bizim.Media xəbər verir ki, vətəndaşların sözlərinə görə, istənilən vaxt xəstəxanaya rentgenə gəldikdə növbədə gözləməli olurlar.

Xəstəxana işçiləri buna səbəb kimi sistemin işləmədiyini, dayandığını əsas gətirirlər. Məsələ ilə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saat 10:00–11:00 radələrində rentgen xidmətinin fəaliyyətini təmin edən informasiya sistemində müvəqqəti texniki nasazlıq yaranıb:

“Bu səbəbdən rentgen müayinəsinə müraciət edən vətəndaşlar arasında müəyyən müddət növbə əmələ gəlib. Texniki problem operativ şəkildə aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyət göstərir”.

Baku.ws-ə istinadən xəstəxanada çəkilən videonu təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO