Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Hazırda oxunan: Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

625278

Samux rayonunda anasını bıçaqlayan şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində 2005-ci il təvəllüdlü Raul Ələkbərova hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Ələkbərov 1 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Samux rayonunun Əhmədbəyli kəndində baş verib. 2005-ci il təvəllüdlü Raul Ələkbərov evlərində olarkən anası Elnurə Ələkbərovanın telefonuna mesaj gəlib. O, SMS-i oxuyarkən görüb ki, dostu Royal anasına "narahat olma, heç kimə demərəm" yazıb. O, anasının Royala yazışmasındakı əvvəlki mesajların silinməsindən şübhələnib və Royalla görüşüb. Royal anasının ondan 300 manat istədiyini bildirib.

Raul evə gələrək saat 5 radələrində anasını mətbəxə çağırıb və ondan Royalla yazışmasının səbəbini soruşub. Anası ona Royaldan pul aldığını desə də, Raul ona inanmayıb və o, anasını döyüb. Daha sonra Raul anasını həyətə apararaq orada ona mətbəx bıçağı ilə 10 zərbə vurub.

Qadının səsinə onun həyat yoldaşı gəlib və Rauldan bıçağı alıb.

Qadın xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hadisə yerinə polis əməkdaşları gəliblər, Raul saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO