Kəlbəcərdə 1989-cu il iyulun 14-də baş vermiş faciənin növbəti ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 37 il bundan əvvəl, iyulun 14-də Kəlbəcər şəhər stadionuna enən hərbi helikopter havaya qalxarkən qəzaya uğrayıb.
Nəticədə helikopterin rotor pərlərinin stadionun yaxınlığında olan uşaqlara dəyməsi səbəbindən səkkiz azyaşlı həyatını itirib.
Bu hadisə Kəlbəcər rayonunun tarixində ən ağır faciələrdən biri kimi xatırlanır.
Faciənin ildönümündə həlak olan uşaqların valideynləri və yaxınları, eləcə də Kəlbəcər şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri onların məzarlarını ziyarət edərək xatirələrini ehtiramla yad ediblər.





Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
16:22 / 14.07.2026
Kəlbəcərdə həyatını itirən 8 azyaşlının xatirəsi belə anıldı – FOTO
Hazırda oxunan: Kəlbəcərdə həyatını itirən 8 azyaşlının xatirəsi belə anıldı – FOTO
Hazırda oxunan: Kəlbəcərdə həyatını itirən 8 azyaşlının xatirəsi belə anıldı – FOTO
625262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































