"Sülh, əmək, may?.."

Hazırda oxunan: "Sülh, əmək, may?.."
625249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Bayram tədbirlərinin ləğvi terror təhlükəsinin yüksək səviyyədə olması ilə bağlıdır..."
 
 
 
"Rusiya Həmkarlar Federasiyası ölkə boyunca 1 May yürüşlərindən imtina etməyi tövsiyə edib..."
 
 
 
Rusiyada müharibə səbəbindən təkcə sülh deyil, əmək və may da olmayacaq...
 
 
 
Rusiyanın bir neçə şəhərlərində hakimiyyət orqanları 1 Mayla bağlı bayram tədbirlərini, habelə 9 May faşist Almaniyası üzərində qələbənin 78-ci ildönümünə həsr edilən təntənəli tədbirləri ləğv edib.
 
 
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya müstəqil həmkarlar ittifaqı Federasiyasının sədr müavini Aleksandr Şerşukov deyib. Məlumatı SİTA agentliyi yayıb.
 
 
 
Onun sözlərinə görə, bu, "terror təhlükəsinin yüksək səviyyədə olması" ilə bağlıdır.
 
 
 
"Hətta xüsusi hərbi əməliyyatın aparıldığı yerlərdən uzaqda da belə təhlükə mövcuddur.
 
 
 
Hər halda ən azı budəfəki 1 Mayı bir qədər başqa formalarda keçirmək lazımdır", - o, agentliyə bəyan edib.
 
 
 
Şerşukov izah edib ki, Rusiya paytaxtında bahar və əmək bayramı "həmkarlar fəalları, həmkarların rəhbərləri və sosial tərəfdaşların bəzi nümayəndələrinin iştirak edəcəyi təntənəli iclasla" qeyd ediləcək". 
 
 
 
Həmkarlar Federasiyası ölkə boyunca 1 May yürüşlərindən imtina etməyi tövsiyə edib.
 
 
 
Bundan başqa, Krımda, Kursk və Belqorod vilayətlərində Qələbə paradı, "Ölməz alay"ın yürüşü ləğv edilib.
 
 
 
Qələbə günü şərəfinə atəşfəşanlıqlardan təkcə sərhədayanı regionlarda deyil, həm də Lipetsk vilayətində də imtina edilib.
 
 
 
Kursk və Belqorod vilayəti hakimiyyət orqanlarının mövqeyini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, 9 May şərəfinə tədbirlər üzrə regionlarda qərarlar qubernatorlar tərəfindən qəbul edilir.
 
 
 
 
 
Bu arada isə Moskvada Qələbə paradına hazırlıq gedir, baş məşqin tarixi də bəllidir, bu, mayın 7-də baş tutmalıdır.
 
 
 
Lakin Peskov bəyan edib ki, hələlik, Kreml rəhbəri Vladimir Putinin bu il "Ölməz alay"ın yürüşündə iştirak edib-etməyəcəyi sualına cavab verə bilməyəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO