Rusiya yeni hərbi dronunu göstərdi –  VİDEO

Rusiya yeni hərbi dronunu göstərdi – VİDEO

Hazırda oxunan: Rusiya yeni hərbi dronunu göstərdi – VİDEO

224272
Rusiyanın Müdafiə nazirliyi “Facebook” səhifəsində “Korsar” pilotsuz uçan aparatının (PUA) imkanlarını nümayiş etdirən video yayıb.xa0

40 saniyə davam edən videoçarxın kadrlarında dronun havaya qalxmağını, yerdə hədəflər seçməyini və enişinixa0 görmək olur.

Qeyd edək ki, təyyarə tipli “Korsar” PUA-sı ilk dəfə olaraq Qələbə günününə həsr olunmuş hərbi parad zamanı Moskvanın Qırmızı meydanında ictimaiyyətə təqdim olunacaq.

Aparat istənilən hava şəraitində yerdə və havada olan obyektlərin uzunmüddətli kəşfiyyatının aparılması, düşmənə aid obyektlərin vurulması və yüklərin təyinat nöqtələrinə çatdırılması üçün nəzərdə tutulub.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO