Siçana insan beyni köçürüldü

Siçana insan beyni köçürüldü

Hazırda oxunan: Siçana insan beyni köçürüldü

222564
Amerikalı alimlər təcrübə siçanlarına insan beyninin hüceyrələrini köçürüb. Onlar bu implantasiyanın gəmiricilərin davranışlarına hansı şəkildə təsir göstərdiyini araşdırıb.

Tədqiqat haqqında məqalə “Nature Biotechnology” jurnalında dərc olunub.

Bioloqlar sınaq şüşəsində yetişdirilmiş mərcimək dənəsi ölçüsündə olan insan beyni orqanoidlərini siçanın kəllə beyninə köçürüb.

“Mini-beyin” gəmiricilərin beyninin bir hissəsini qismən əvəz edib.xa0 Nəticədə sinir hüceyrələri nəinki sağ qalıb, hətta inkişaf etməyə başlayıb.

xa0233 gündən sonra onların beyin strukturu və yetkinliyi yenidoğulmuş körpənin beyni ilə demək olar ki, eyni səviyyəyə çatıb.

Alimlər hesab edir ki, tədqiqatın nəticələri regenerativ tibb sahəsində bir inqilaba yol aça bilər: yetişdirilmiş hüceyrələr gələcəkdə insanlara köçürülə bilər.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO