Mask Trampın malikanəsində seçkilərin nəticələrini İZLƏYƏCƏK

Mask Trampın malikanəsində seçkilərin nəticələrini İZLƏYƏCƏK

Hazırda oxunan: Mask Trampın malikanəsində seçkilərin nəticələrini İZLƏYƏCƏK
219408
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerikalı milyarder İlon Mask seçki gecəsi ABŞ prezidentliyinə namizəd Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsində olmağı planlaşdırır. 

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən yazıb.

Bildirilib ki, Mask malikanədə namizəd Donald Trampla birgə seçkilərin nəticələrini izləyəcək:

“İlon Mask seçki gecəsi keçmiş prezident Donald Trampla birlikdə olmağı planlaşdırır”.

Qeyd edək ki, daha əvvəl Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsində kiçik bir qrup ailəsi və dostları ilə prezident seçkilərini izləyəcəyi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, milyarder İlon Mask Trampın əsas tərəfdarlarından biridir. O, seçki öncəsi ABŞ konstitusiyasına dəstək müraciətini imzalayanların arasından bir nəfərə hər gün milyon dollar verəcəyini də açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO