İki gənc yol ortasında mübahisə etdi, mübahisə gənclərdən birinin 5 güllə yarası almasıyla sonlandı.
Türkiyədə yaşanan olay saniyə-saniyə güvənlik kameraları ilə qeydə alınıb.
Moderator.az xəbər verir ki, gənclərdən biri üzərindəki silah ilə digərini ayağından vurub. Mübahisənin gənclərdən birinin maşınını park etməsi zamanı yaşanıldığı söylənilir.xa0
Yaxın məsafədən 5 güllə yarası alan gənc yaxınlıqdakı iş yerinə sığınmağa çalışarkən yerə yıxılıb. Təqsirkar isə əlindəki silahla hadisə yerindən qaçaraq uzaqlaşıb.xa0
Hadisə şahidlərinin köməkliyi ilə yaralı içəri aparılıb. Ətrafda çalışanlar tərəfindən ilk yardım göstərilirkən polisə və təcili tibbi yardıma xəbər verilib. Hadisə yerinə gələn polislər ətrafda güvənlik önləmi almaqla yanaşı barmaq izləri və güvənlik kamerası incələməsi aparıblar. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.xa0
Hadisədən 2 saat sonra cinayəti törədən yaxalanıb.










































































































