Rusiya XİN başçısı Bakı və Yerevana qarşıdakı səfərlərini şərh etdi

Rusiya XİN başçısı Bakı və Yerevana qarşıdakı səfərlərini şərh etdi

Hazırda oxunan: Rusiya XİN başçısı Bakı və Yerevana qarşıdakı səfərlərini şərh etdi

199004
Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftənin əvvəlində Bakı və Yerevana səfər etməyi planlaşdırır.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə nazirin özü mətbuat konfransında bildirib.
"Gələn həftənin əvvəlində Yerevan və Bakıya səfərlərim planlaşdırılır. Bu səfərlər, ilk növbədə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunub", - S.Lavrov deyib.

Onun sözlərinə görə, səfərin gündəliyinə ikitərəfli sıx və zəngin münasibətlər daxildir.
"Regional və beynəlxalq problemlərdən söhbət edəcəyik, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması üzrə səylər çərçivəsində harada olduğumuzu anlamağa çalışacağıq", - XİN başçısı vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO