Pakistanın Pəncab əyalətində sərnişin avtobusu körpüdən aşıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, insident Talaqanq yaşayış məntəqəsində qeydə alınıb. Qəza zamanı avtobusda 80-ə yaxın sərnişin olub.
Hadisə nəticəsində azı 24 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Yaralananlardan 12-nin vəziyyətinin ağır olduğu bildirilir.
“Geo”x9d telekanalının xəbərinə görə, avtobus 45 metr hündürlükdən aşıb. Həkimlər ölənlərin sayının artacağını istisna etmirlər.
































































































