Son zamanlar qudurmuş sahibsiz itlərin insanlara hücum etməsi və bunun bəzən faciəvi sonluqla nəticələnməsi hər kəsi narahat etməkdədir. İstər paytaxt Bakıda, istərsə bölgələrdə sahibsiz itlərin hücumundan heç kim sığortalanmayıb.xa0
Hazırda sahibsiz itlərlə mübarizə ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Onların məhv edilməsi, toplanaraq bir heyvan bağçasında saxlanılması və s. kimi ideyalar var. Əlaqədar qurumlar bunların hansını seçəcək, yoxsa, quduz itlər insanlar üçün təhlükə mənbəyi qalmaqda davam edəcək...xa0
Bütün bunlara aydınlıq gələnədək biz Moderator.az olaraq insanların onlara hücum edən itlərdən həyatlarını qoruması üçün aşağıdakı tədbirləri təklif edirik:
Əgər bir it hücum havasındadırsa, demək ki, ya bir insandan zərəır görüb, ya da xəstəliyi var. Əgər sizə hücum çəkmək istəyən itə qarşılaşsanız bunlara diqqət etsəniz sizə zərər verməyəcək.
1. İt və digər heyvanlarda qorxu hissi mövcuddur. Ona görə də sizə doğru hürən iti görəndə çətin də olsa təmkininizi pozmayın. Özünü sakit aparın. Heç nə olmamış kimi.

Əgər qışqırıb qollarınızı sallasanız və ya qaçmağa çalışsanız, bu itin sizi ov kimi görməsini təmin edər və sizə hücum edə bilər.
2.Qaçarkən tutağan itlə qarşılaşmısınızsa, addımlarınızı yavaşıdın, İtin istiqamətindən əks tərəfə doğru yavaşca yeriyərək göz ucu onu da nəzarətdə saxlayın.
3. Qollarınızı iki tərəfdə bədəninizə birləşmiş tutaraq dik şəkildə durmağınız itin sizə marağını itirəcəkdir.
4. İtin gözünün içinə baxmaq, təhdid kimi qəbul edilir və bu sizə hücum etməsi üçün bir səbəb ola bilər. İti diqqətinizdə saxlayaraq birbaşa göz təmasından qaçın. Təhdid kimi qəbul etməyəcəyi üçün uzaqlaşıb gedəcək.

5. Əgər tutağan itlə qarşılaşdığınızda əlinizdə hər hansı əşyanın olması yaxşı olardı. Yanınızda yeyəcək bir şey varsa, bu möcüzə olar. Amma, yoxsa ayaqqabı, bel çantası kimi çeynəyə biləcəyi bir şey olsun. Bu, itin başını qatıb sizin qaçmanız üçün vaxt qazandıra bilər.

6.Əgər it aqressiv davranmağa davam edirsə, göz təması qurmadan ona getməsi üçün əmrlər verin. Səs tonuna diqqət edin, güclü və özündən əmin olmalıdır. Çox kəskin səslərdən xoşlanmırlar.

7. Ən təsirli əmrlər isə "Xeyir" və "Geri çəkil, get" deyə bilərsiniz. Sərt bir səs tonunda bu əmri versəniz it bunu anlayacaq.

Heç kimə belə bir situasiya ilə qarşılaşmamaq diləyi ilə.
Zəhra
































































































