Çin Tayvana nə vaxt HÜCUM EDƏCƏK?

Hazırda oxunan: Çin Tayvana nə vaxt HÜCUM EDƏCƏK?

183575

“Çin öz hərbi və nüvə arsenalını rekord miqyasda genişləndirir”. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Nəşrdə dərc olunan məqalədə qeyd edilib ki, Çinin hərəkətləri onun 2027-ci ilə qədər Tayvanı işğal etməyə hazır olduğunu göstərir:

"Çin hərbi və nüvə arsenalını İkinci Dünya Müharibəsindən bəri görünməmiş bir miqyasda qurur və bütün bunlar onun 2027-ci ilə qədər Tayvanı işğal etmək ambisiyalarını qoruduğuna işarə edir". 
Məqalə müəllifləri qeyd ediblər ki, Çinin müdafiə büdcəsi bir neçə il ərzində 16% artaraq 223 milyard dollardan çox olub.

Hind-Sakit Okean Komandanlığından admiral Con Akvilinonun sözlərinə görə, üç il ərzində Çin Xalq Azadlıq Ordusu (AXO) 400-dən çox döyüş təyyarəsi, həmçinin 20-dən çox böyük döyüş gəmisi əldə edib. O qeyd edib ki, Çin 2020-ci ildən bu yana raket arsenalını da iki dəfə artırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO