Ukrayna PUA-ları Rusiyanın neft emalı zavoduna hücum etdi - VİDEO

Hazırda oxunan: Ukrayna PUA-ları Rusiyanın neft emalı zavoduna hücum etdi - VİDEO

182992

Rusiya Federasiyasının Krasnodar vilayətinin Slavyansk-na-Kubane şəhərindəki neft emalı zavoduna gecə saatlarında Ukraynanın pilotsuz təyyarələri hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları yazıb.

Mənbə qeyd edir ki, nəticədə bir neçə partlayış baş verib və yanğın başlayıb. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, neft emalı zavodunun ərazisində baş verən yanğın hazırda tam söndürülüb.

Yerli əməliyyat qərargahı bildirir ki, bir nəfər ölüb. Ölümün ilkin səbəbi infarkt olub.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO