Ehtiyacı olanların lazım olan ərzaq və geyim məhsullarını pulsuz götürə biləcəkləri mağaza açıldı. Moderator.az-ın xa0Qırğızısan mediasına istinadla verdiyi xəbərə görə, ibrətamiz addım Oş şəhərinin Əmir Teymur mikrorayonu ərazi şurasının katibi Mamir Abdullayev tərəfindən atılıb. xa0O, belə dükan açmaq ideyasının yoxsul ailələrin evlərini gəzərkən yarandığını bildirib:”x9dMəlum oldu ki, bəzilərinin ərzağı çatışmır, digərlərinin övladları məktəbə gedə bilmir. Məsələni müzakirə etdikdən sonra belə qərara gəldik ki, ehtiyacı olanların pulsuz ərzaq və geyim götürə biləcəkləri, imkanlıların isə əksinə, eyni məhsulları hədiyyə verəcəkləri bir dükan açmaq lazımdır. Mağazanı açmağa bizə yerli sahibkarlar kömək etdi... “Kara Suu”x9d bazarının satıcıları da bizə qiymətlərdə böyük güzəştlər edirlər. Nəhayət, bu obyekti açdıq və adını “Xadiya”x9d(“Hədiyyə”x9d) qoyduq...”x9dxa0
İnsanların əsası olmadan özlərini yoxsul kimi təqdim etməsi hallarının qarşısını almaq üçün xa0bina sədrlərinin köməyi ilə ehtiyacı olanların xa0öncədən tərtib edilmiş siyahısının “Xadiya”x9d mağazasına verilməsi də nəzərdə tutulub.xa0
Xatırladaq ki, xa0ötən il Bakının Şüvəlan qəsəbəsində və “AMAY”x9d ticarət mərkəzində pulsuz geyim mağazaları açılmışdı. Lakin ölkəmizdə, hələ ki, yoxsulları pulsuz ərzaqla təmin edə biləcək mağaza yoxdur...
Sultan Laçın


































































































