Trampa növbəti zərbə Apellyasiya Məhkəməsindən gəldi

Trampa növbəti zərbə Apellyasiya Məhkəməsindən gəldi

Hazırda oxunan: Trampa növbəti zərbə Apellyasiya Məhkəməsindən gəldi

167646
ABŞ prezidentinin miqrantlarla bağlı qərarı bu dəfə də sözügedən instansiyadan geri qaytarıldıxa0

ABŞ-da Apellyasiya Məhkəməsi Tramp hakimiyyətinin 7 ölkəyə tətbiq etdiyi viza qadağasının davam etdirilməsi ilə bağlı tələbini rədd edib.xa0

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə bu qadağanın dayandırılması ilə bağlı qərarın yerində verildiyini iddia edərək, Tramp hakimiyyətinin bu qadağanın yenidən tətbiqi ilə bağlı tələbinin yersiz olduğunu bildirib. xa0

Ədliyyə Nazirliyi isə Apellyasiya Məhkəməsinin hökmünə bazar ertəsi gününə qədər cavab vermək hüququna malikdir.xa0

Xatırladaq ki, nazirlik Vaşinqton ştatı, Sietl şəhərinin federal hakiminin Trampın 7 müsəlman ölkəsinə tətbiq etdiyi viza və ölkəyə giriş qadağasını təxirə salan qərarı ilə bağlı apellyasiya şikayəti vermişdi.xa0

Hakim Robartın cümə günü verdiyi qərar hakimiyyət düşərgəsində də etirazla qarşılanmışdı. Ağ Ev yazılı açıqlama ilə qərarı tənqid edərkən, şənbə sabahı Tramp Tvitter hesabı vasitəsilə bu olayı “gülünc”x9d adlandırmışdı.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO