Putin Qırğızıstana getdi - VİDEO 

Putin Qırğızıstana getdi - VİDEO 

Hazırda oxunan: Putin Qırğızıstana getdi - VİDEO 
159479
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya prezidenti Vladimir Putin Qırğızıstana rəsmi səfərə gedib. 

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, o, burada həmkarı Sadır Japarovla danışıqlar aparacaq və qala tədbirində iştirak edəcək.

Görüşün yekunlarına görə iki ölkə prezidentinin hökumətlərarası, idarələrarası və digər sənədlər paketini imzalayacağı gözlənilir.
Putin və Japarov Qırğızıstanın Kant şəhərində Rusiya hərbi hava bazasının yaradılmasının iyirminci ildönümünü tədbirlərində iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə rusiyalı həmkarı Vladimir Putinlə görüşü olacaq. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. 

O qeyd edib ki, iki ölkə liderləri Qarabağ ətrafındakı vəziyyəti və Rusiya sülhməramlılarının ərazidəki sonrakı fəaliyyətini müzakirə etməyi planlaşdırır. 

Belə ki, liderlər Rusiya sülhməramlılarının Qarabağın erməni sakinlərinin öz yaşayış yerlərinə mümkün qayıdışının təmin edilməsi kontekstində işləmək imkanlarına toxunacaqlar. 

İki dövlətin başçıları oktyabrın 13-də Qırğızıstanda MDB dövlət başçılarının görüşündə iştirak edəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO