Rusiyada iki nəfəri döyərək öldürən 4 erməni saxlanıldı

Hazırda oxunan: Rusiyada iki nəfəri döyərək öldürən 4 erməni saxlanıldı

149838

İki nəfəri öldürməkdə şübhəli bilinən Rusiyanın Krasnodar diyarının Tuapse rayonunun 4 sakini saxlanılıb. 

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, bu barədə informasiyanı Krasnodar diyarı üzrə istintaq idarəsi yayıb.

Mənbə xatırladır ki, ötən şənbə günü Tuapse rayonunun Dederköy kəndində çay sahilində 37 və 41 yaşlı kişilərin meyitləri aşkar edilib.

Onların zorakılıqla qətlə yetirildiyi məlum olub. Zərərçəkənlərlə birlikdə olan gənc xəsarətlərlə xəstəxanaya çatdırılıb. 

Hadisə ilə bağlı polis dörd yerli sakini, o cümlədən Artem Türkmenyan və Vartan Tulumcyanı axtarışa verib. Şübhəlilər saxlanılıb, yaxın vaxtlarda barələrində həbs-qətimkan tədbiri seçiləcək.

İstintaqın hesablamalarına görə, hadisə belə baş verib. Avqustun 4-də ölənlərlə tanış olmayan 19 yaşlı yerli sakin arasında münaqişə baş verib. Ertəsi gün ermənilər Dederköy kəndində bir gün əvvəl mübahisə etdiyi gənclə görüşüb.
Onun yanında da daha iki nəfər (37 və 41 yaşlı) olub. Çayın sahilində tərəflər arasında dava düşüb və bu zaman ermənilər hər üç şəxsə çoxsaylı zərbələr endiriblər. Nəticədə iki nəfər hadisə yerində ölüb, gənc oğlan isə xəstəxanaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO