Rusiya İran dronları ilə Kiyevə hücum etdi

Hazırda oxunan: Rusiya İran dronları ilə Kiyevə hücum etdi

145586

Ukraynanın paytaxtı Kiyevin dövlət orqanları gecə şəhərin İran istehsalı dronların hücumuna məruz qaldığını bildirib.

Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, bütün aparatlar hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

“Düşmən bu ay ikinci dəfə Kiyevə havadan hücum edib. İlkin olaraq, iyulun əvvəllərində olduğu kimi, düşmən “Şahid” aparatından istifadə edib. İranın pilotsuz təyyarələri cənub istiqamətindən, ehtimal ki, Krasnodar diyarından buraxılıb”, - Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko teleqramında yazıb.
Bundan əvvəl Kiyev vilayətində hava həyəcanı elan edilmişdi. Bu gecə Ukraynanın bir neçə bölgəsində hücum pilotsuz uçan aparatlarından istifadə təhlükəsi ilə bağlı həyəcan təbili çalınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO