"Rosneft" Azərbaycan üzərindən İrana yanacaq ixrac edəcək

Hazırda oxunan: "Rosneft" Azərbaycan üzərindən İrana yanacaq ixrac edəcək
142662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
"Rosneft" 2017-ci ildən İrana yanacaq ixrac etmək niyyətindədir. Bu müddət ərzində "Petrocas Energy Group" şirkəti (onun səhmlərinin 49%-i "Rosneft"ə məxsusdur - red.) Cənubi Qafqaz dəhlizi üzərindən logistik terminal tikəcək.
 
"APA-Economics" xəbər verir ki, bu barədə RBK-ya "Petrocas Energy Group"un baş direktoru Vano Nakaidze bildirib. İnformasiyanı şirkətin majoritar (51%) səhmdarı olan David Yakobaşvili də təsdiqləyib.
 
"Petrocas Energy Group" benzin və dizel yanacağını İranın Neka və Ənzəli limanlarına ixrac edəcək. İxrac şirkətin Gürcüstanın Poti limanındakı neft terminalından həyata keçiriləcək.
 
V. Nakaidze bildirib ki, Poti terminalının illik ötürücülük qabiliyyəti 3 mln. tondur. Hazırda o 1-1,5 mln. tonluq yüklənib. Terminal üzərindən Ermənistana, Azərbaycana və Gürcüstana əlvan neft məhsullarının ixracı həyata keçirilir.
 
TOP-menecer bildirir ki, İrana yanacaq nəqli Azərbaycanın dəmir yolları üzərindən həyata keçiriləcək: "Dəmir yolu ilə limanlara, o cümlədən Bakının limanlarına çatdırılan yanacaq buradan İrana tankerlərlə yola salınacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO