"Reuters" Prezidentin mətbuat konfransından yazdı

Hazırda oxunan: "Reuters" Prezidentin mətbuat konfransından yazdı

13512

Azərbaycan Dağlıq Qarabağda biri payızda hazır olacaq üç hava limanı tikməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransından hazırladığı materailda deyilir.

Məqalədə bildirilib ki, bu il Azərbaycan bölgəyə 2,2 milyard manat (1,3 milyard dollar) sərmayə qoymaq niyyətindədir.

Qeyd edilib ki, ötən il Qarabağda müharibəyə son qoyan sülh müqaviləsi çərçivəsində Bakı 1990-cı illərin əvvəllərində müharibə zamanı itirdiyi bir sıra bölgələrdə nəzarəti ələ aldı.

"Biz artıq Füzulidə hava limanının tikintisinə başlamışıq. Laçın və Zəngilanda daha iki hava limanı tikməyi planlaşdırırıq. Hamısı beynəlxalq hava limanları olacaq və həm əcnəbilərin, həm də yerli sakinlərin Şuşa şəhərinə sərbəst səyahət etmələrini təmin edəcək", - Prezidentin çıxışından sitat gətirilib.

Prezident tikintinin nə vaxt başa çatacağını öncədən söyləməyin çətin olduğunu əlavə edib.

"Minatəmizləmə işləri müəyyən çətinliklər yaradır, lakin Füzuli hava limanının bu il payızın əvvəlində hazır olacağını gözləyirik”.

Məqalədə prezidentin məcburi köçkünlərin bölgəyə qayıtması, üçtərəfli bəyanatla bağlı danışıqları da yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO