Berluskoni yenidən xəstəxanaya yerləşdirildi

Berluskoni yenidən xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Berluskoni yenidən xəstəxanaya yerləşdirildi

129111

İtaliyanın sabiq Baş naziri və “İrəli İtaliya” Partiyasının sədri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Berluskoni ürək-damar problemlərinə görə Milandakı “San Raffaele” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

86 yaşlı Berluskoninin vəziyyəti hazırda stabil olduğu bildirilib. 

İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani S.Berluskoninin səhhətindəki əvvəlki probleminin yenidən başladığı üçün xəstəxanaya yerləşdirildiyini, onun ayıq vəziyyətdə olduğunu və danışa bildiyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO