Gürcüstan Rusiyanın “Qazprom”x9d şirkəti ilə razılığa gəlib.
“Qruziya Online”x9d saytının yaydığı məlumata görə, bunu Gürcüstan energetika naziri Kaxa Kaladze deyib.
Onun sözlərinə görə, “Qazprom”x9d Rusiya qazının Ermənistana tranzitinə görə əvvəlki şərtlərin ilin sonunadək qüvvədə qalmasına dair Gürcüstanın təklifinə müsbət cavab verib.xa0
Razılığa əsasən, Ermənistana Rusiya qazının tranzitinə görə Gürcüstan əvvəlki kimi 10% qaz əldə edəcək.
“Razılıq əldə edilib, qalıb imzalanmağı. Əvvəlki müqavilələr çərçivəsində qalmaqda davam edirik. Gələn ilə gəldikdə isə gözləyək, 2017-ci ildə mövqeyimiz daha möhkəm olacaq".(oxu.az)





































































































