Fevral ayında Türkiyədə baş verən zəlzələlər nəticəsində ən azı 48 min insan həlak olub.
Bizim.Media TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətində çıxışı zamanı bildirib.
"Həlak olanların sayı 48 min nəfərdir, 115 mindən çox yaralı var. 50 min bina dağılıb”, Ərdoğan deyib.
Qeyd edək ki, şənbə günü rəsmilər ölənlərin sayının 47 975 nəfər olduğunu bildiriblər.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:20 / 12.03.2023
Türkiyədə zəlzələdə ölənlərin yeni sayı açıqlandı
Hazırda oxunan: Türkiyədə zəlzələdə ölənlərin yeni sayı açıqlandı
Hazırda oxunan: Türkiyədə zəlzələdə ölənlərin yeni sayı açıqlandı
125137
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.