Türkiyənin Hatay şəhərindəki Suriya ilə sərhəd qapısı bağlanılıb.
Hatay şəhərinin Reyhanlı bölgəsindəki Cilvegözü sərhəd qapısı qapadılıb.
Məlumata görə, həmin sərhəd qapısından pasportla gündə təxminən 200 suriyalının Türkiyəyə giriş etdiyi bildirilib.
Xəbər verilir ki, sərhədin bağlanması ilə bağlı qərarın nə zamana qədər davam edəcəyi və bağladılma səbəbi açıqlanmayıb.
Xəbərdə o da bildirilib ki, yardım qurumlarına, həkimlərə, yaralı və xəstələrə heç bir qadağa qoyulmayıb.(Musavat.com)





























































































