Suriya hökumət ordu birlikləri Hələb şəhərinin əsas təchizat yolunda yerləşən Hanasər şəhərinə nəzarəti bərpa edib. Moderator.az “ФÐx90Ðx9d”x9d-a istinadən xəbər verir ki, Suriya Ərəb Respulikasının hərbi mənbəsinin sözlərinə görə, şəhər “İslam Dövləti”x9d terror təşkilatının döyüşçülərindən tamamilə azad olunub.
“Ordu yerli döyüşçü qüvvələri köməyi ilə Hələb yolunu bağlayan “İslam Dövləti”x9d terrorçularından qızğın döyüşlərdən sonra Hanasər şəhərini almağı bacarıblar”x9d, - mənbə məlumat verib.xa0
O, dəqiqləşdirib ki, Hanasər şəhəri bir neçə gün ərzində döyüş vasitəsi ilə alınıb. Bundan əlavə, Suriya ordusu hərbi təyyarələr və artilleriya köməyi ilə irəliləyib. Nə qədər ki, “İslam Dövləti”x9d döyüşçülərinin əks hücum var hələ ki, Hanasər-Hələb magistral yolunda hərəkət bərpa olunmayıb.
Suriya ordusu üçün Asriya-Hanasər-Hələb keçid yolu yeganə təchizat yoludur. Bu yol vasitəsi ilə Hanasər şəhəri qida malları, yanacaq və digər zəruri mallar ilə təmin olunur.xa0
Xatırladaq ki, bu yaxınlarda Suriya ordusu Dəməşq şəhərinin cənub-qərbində yerləşən Darayə şəhərində müxtəlif terrorçu qruplarının döyüşçülərinin üzük kimi əhatəyə almağı bacarıb. Hal-hazırda Dariyə şəhərinin 40%-I Suriya Ərəb Respublikasının ordusu tərəfindən idarə olunur.
“İslam Dövləti”x9d (ərəbcə ismi xa0- “DAİŞ”x9d) Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə terrorçu təşkilat elan olunub və Rusiyada fəaliyyəti qadağan olunub.
Ramil Həsənli

































































































