“Sabah döyüşə oliqarxların tulaları yox, bizim balalarımız gedəcək”x9d  - Erməni nümayişçi

“Sabah döyüşə oliqarxların tulaları yox, bizim balalarımız gedəcək”x9d - Erməni nümayişçi

Hazırda oxunan: “Sabah döyüşə oliqarxların tulaları yox, bizim balalarımız gedəcək”x9d - Erməni nümayişçi

122975
Ermənistanda “Nor Ayastan”x9d adlı ictimai hərəkatın üzvləri İrəvan yaxınlığındakı “Nubaraşen”x9d təcridxanasının qarşısında aksiya keçirməyə cəhd edib. Lakin penitensionar xidmətin işçiləri buna imkan verməyiblər.

Aksiyada məqsəd hərəkatın yanvarın 1-də həbs olunan üzvü Gevorq Səfəryanın  və daha üç hərəkatçının vazadlığa buraxılmasını tələb etmək idi. Yanvarın 1-də Gevorq Səfəryan və bir qrup vətəndaş cəmiyyəti fəalı İrəvanda Şaxta baba geyimində gəzinti təşkil edərkən polis onlara müdaxilə edib. Səfəryan polisə qarşı zor tətbiqi ittihamı ilə həbs edilib.

“Nubaraşen”x9d təcridxanasının əməkdaşları aksiyaya icazə verməyiblər və bildiriblər ki, penitensionar xidmətin ərazisində aksiya keçirmək olmaz. Bu zaman aksiyaçı qadın ərazidəki zir-zibili göstərərək onlara deyib: “Sizin ərazinizdir? Onda ərazinizi təmizləyin, yoxsa Ermənistanda ərazini ancaq zəbt edirlər, ancaq təmiz saxlamırlar? Düzgür, bizim böyük ərazimiz var, ancaq bütün ərazi zibillikdir, insanlardan başlamış parlamentə, prezident iqamətgahına qədər”x9d.

Qadının qəzəbi bununla da soyumayıb, həbsxana işçilərinə deyib: “Patriotizmdən danışırsınız, hanı o patriotizm? Təmiz, gənc insanları həbsə atırsınız, sabah sizin əsgər vətəni qorumayacaq. Sabah vətəni qorumağa oliqarxların tulaları getməyəcək, bizim övladlarımız gedəcək. Hansılar ki, burada saxlayırsınız, həbs etmişiniz”x9d.(Virtualaz.org)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO