97 terrorçu həbs olundu

97 terrorçu həbs olundu

Hazırda oxunan: 97 terrorçu həbs olundu

121046
Pakistanın təhlükəsizlik qüvvələri bir terrorçunun həbsxanadan qaçışını təşkil etmək niyyətində olan “Əl-Qaidə”x9d və “Laşkar-e-Janqvi”x9d terror təşkilatlarının 97 döyüşçüsünü həbs edib.

Moderator.az “newsru.co.il”x9d-ə istinadən xəbər verir ki, onlar çoxsayılı terror hücumlarında ittiham olunurlar. 2009-cu ildən 2015-ci ilə qədər bu terrorçular Pakistan Hərbi Hava Qüvvələrinin iki hərbi bazasına, Karaçidəki hava limanına, Pakistan kəşfiyyatının mərkəzi qərargahına və polis məntəqələrinə hücumlar ediblər. 

Pakistanın təhlükəsizlik güclərinin məlumatına görə, həbs olunanlar xüsusilə, Heydərabad həbsxanasından məhbusların qaçışını planlaşdırırmışlar. Onların əsas məqsədi Xalid Ömər Şeyxi azad etmək olub. Bu terrorçu 2002-ci ildə yəhudi əsilli amerikalı jurnalist Daniel Perli qaçırıb və edam edib.

Altı terrorçu-kamikadze və 19 nəfər həbsxanaya hücum planında iştirak etməli idilər. 

Ramil Həsənli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO