Türkiyənin “Qalatasaray”x9d futbol klubunun keçmiş qapıçısı Fərid Mondraqon intihara cəhd edib.
xa0
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, karyerasını şərhçi olaraq davam etdirən Mondraqon yüksək dozada dərman qəbul etdiyi üçün xəstəxanaya yerləşdirilib.
xa0
Həyat yoldaşı ilə boşanma mərhələsində olan kolumbiyalı əfsanənin depressiyada olduğu bildirilir. Sosial şəbəkələrdə vəziyyətinin ağır olduğu, hətta öldüyü barədə xəbərlər yayılsa da, xəstəxanadan verilən açıqlamada keçmiş qapıçının vəziyyətinin yaxşı olduğu bildirilib.
xa0
Mondraqonun intihara cəhddən əvvəl “Instagram”x9d hesabında “başqaları tərəfindən mühakimə olunmaqdan yoruldum”x9d yazdığı və daha sonra sildiyi məlum olub.

































































































