Polşa ABŞ-dan 116 ədəd “Abrams” tankı ALACAQ

Polşa ABŞ-dan 116 ədəd “Abrams” tankı ALACAQ

Hazırda oxunan: Polşa ABŞ-dan 116 ədəd “Abrams” tankı ALACAQ
113100
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşa ABŞ-dan 116 ədəd “Abrams” markalı tank alacaq.

Bizim.Media xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşak ABŞ istehsalı olan 116 M1A1 “Abrams” tankının tədarükü üçün müqavilə imzalayıb.

1 saylı Varşava Zirehli Briqadasında keçirilən mərasimdə Blaşak bildirib ki, tanklar ölkənin şərq regionlarında hərbi hissələrdə yerləşdiriləcək.

Nazir həmçinin qeyd edib ki, Polşa gələn ilin sonunda təhvil veriləcək M1A2 SEPv3 versiyalı daha 250 “Abrams” tankının tədarükü üçün də razılaşma əldə edib. Müqaviləsi imzalanan 116 tank isə bu il ərzində Polşanın hərbi arsenalına qəbul ediləcək.
ABŞ-ın Polşadakı müvəqqəti işlər vəkili Daniel Lyuton mərasimdə bildirib ki, tanklar və onların döyüş sursatı ilə bağlı müqavilələr ABŞ Prezidenti Cozef Baydenin Polşanın silah alışını sürətləndirməyə dair vədinin tərkib hissəsidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO