Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin reallaşdırılmasının tezləşdirilməsi bu dəfə Türkmənistanda müzakirə edilib. Modern.az saytı “Georgia Online”x9d-a istinadən xəbər verir ki, bu məsələ Türkmənistanda səfərdə olan Rəcəb Tayyip Ərdoğanla Gürcüstan xa0prezidenti Georgi Marqvelaşvili arasında keçirilən görüşdə müzakirə mövzusu olub.
Görüşdə həmçinin, Şərq-Qərb nəqliyyat dəhlizinin buraxılış qabiliyyətinin artırılması, Xəzər enerji resurlarının daşınmasında yeni imkanlara dair məsələlər ətrafında fakir mübadiləsi aparılıb.
Gürcüstan xa0prezidenti Azərbaycan, Türkmənistan, Gürcüstan xa0və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsinə dair öz fikirlərini bölüşüb. xa0 xa0
Tərəflər həmçinin regional təhlükəsizliyə dair məsələləri müzakirə ediblər. xa0
Türkiyə prezidenti Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyərək, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın separatçı rejimləri ilə sazişlər imzalamasını pisləyib.: “Türkiyə NATO-nun üzvü və Gürcüstanın tərəfdaşı olaraq, Gürcüstanın Alyansa üzv seçilməsinə dəstək verəcək”x9d.



































































































