İndoneziyadakı zəlzələdə ölənlərin sayı 318-ə çatdı

İndoneziyadakı zəlzələdə ölənlərin sayı 318-ə çatdı

Hazırda oxunan: İndoneziyadakı zəlzələdə ölənlərin sayı 318-ə çatdı

106522

Bildiyiniz kimi, noyabrın 21-də İndoneziyada zəlzələ baş verib.

Bizim.Media “Tass”a istinadən xəbər verir ki, 5,1 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 318-ə çatıb, 14 nəfər itkin düşüb.

Məlumata görə, 7700-dən çox insan xəsarət alıb, 73 mindən çoxu isə təbii fəlakətin nəticələrinə görə hələ də öz evlərinə qayıda bilmir.

Xatırladaq ki, zəlzələ Yava adasında qeydə alınıb.

Zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO