ABŞ-lı telejurnalist Zelenskini “pis aktyor” adlandırdı

ABŞ-lı telejurnalist Zelenskini “pis aktyor” adlandırdı

Hazırda oxunan: ABŞ-lı telejurnalist Zelenskini “pis aktyor” adlandırdı
104831
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın “Fox News”  telekanalının jurnalisti Kendis Ovens Ukrayna prezidenti Volodimir Zelenskini üçüncü dünya müharibəsinin başlanmasına çalışan “pis aktyor” adlandırıb.

Bizim.Media xəbər verir ki, belə ki, o, Zelenskinin Polşa-Ukrayna sərhədindəki insidentin Rusiya raketləri ucbatından baş verdiyi barədə açıqlamasına münasibət bildirib. Ukrayna lideri Rusiyanı Polşaya hücumda ittiham edib.

“Dünən Zelenski ictimaiyyəti qəsdən çaşdıraraq üçüncü dünya müharibəsinin başlanmasına cəhd etdi... O, Qərb təbliğat şəbəkələri tərəfindən yalandan qəhrəman elan edilən pis aktyordur”. RİA Novosti jurnalistin sözlərindən sitat gətirib.
Bundan əvvəl Polşa prezidenti Anjey Duda bildirib ki, Polşa ərazisinə düşən raketin Rusiya hərbçiləri tərəfindən buraxılmasına dair heç bir sübut yoxdur.

Eyni zamanda o, ölkə ərazisinə düşən raketin Ukrayna hava hücumundan müdafiə qüvvələrinə məxsus olması ehtimalının yüksək olduğunu qeyd edib. Zelenski Ukraynanın Polşadakı “raket insidentində” əli olmadığını təkid edib.

Bununla belə, CNN-in adının açıqlanmasını istəməyən ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Ukrayna hərbçiləri Polşa ilə sərhəd yaxınlığında hava hücumundan müdafiə sistemindən istifadə edildiyini təsdiqləyiblər.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzinin sözlərinə görə, Varşava və Kiyev sərhəddəki raketlərlə bağlı vəziyyətdən istifadə edərək, Rusiya ilə NATO arasında birbaşa toqquşmaya səbəb olmağa çalışıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO