“Qərb dövlətləri səfirlərini Ermənistandan geri çağırmalıdır”x9d

“Qərb dövlətləri səfirlərini Ermənistandan geri çağırmalıdır”x9d

Hazırda oxunan: “Qərb dövlətləri səfirlərini Ermənistandan geri çağırmalıdır”x9d

102602
ABŞ-ın tanınmış siyasi eksperti hesab edir ki, Ermənistana işğalçı siyasətinə görə Qərb dövlətləri iqtisadi sanksiyalar tətbiq etməlidirlər.

“Qafqazinfo”x9d xəbər verir ki, ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti, siyasi analitik Piter Teys dailykarabakh-a açıqlamasında deyib ki, Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərini təmin etməkdə öz töhfəsini verməlidirlər: "Ermənistana siyasi təzyiq göstərmək və bu ölkənin işğalçı qoşunlarının Azərbaycanın suveren ərazilərindən çıxarılması üçün Qərb dövlətləri iqtisadi sanksiyalar tətbiq etməli və öz səfirlərini İrəvandan geri çağırmalıdırlar".

Amerikalı ekspertin fikrincə, Suriyadakı vətəndaş müharibəsi Rusiyanın diqqətini Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindən yayındırır və bu proses davam edə bilər.

Diplomatın sözlərinə görə, Azərbaycan üçün ən mühüm məsələ dünya ictimaiyyətini Ermənistan kimi işğalçı bir dövlətin beynəlxalq qanunlara məhəl qoymadan 30 ilə yaxın bir müddətdə Azərbaycanın günahsız vətəndaşlarını öldürməkdən zövq aldığına inandırmaqdır.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO