“Mənim kimi istefaya gedin...”x9d

“Mənim kimi istefaya gedin...”x9d

Hazırda oxunan: “Mənim kimi istefaya gedin...”x9d

102571
Gürcüstan cəmiyyəti ölkənin heç vaxt bataqlığa geri dönməsinə izn verməyəcək.   Axar.az xəbər verir ki, bu bəyanatla Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çıxış edib.  

 O, “Rustavi-2”x9d telekanalı ilə bağlı son proseslər haqda çıxış edib. Saakaşvilinin sözlərinə görə, heç bir sey Gürcüstanda söz azadlığı sevgisini öldürə bilməz:   “Biz bütün çətinliklərin öhdəsindən gələcəyik. Mən Gürcüstan xalqının müdrikliyinə, Gürcüstan gəncliyinin vətənpərvərliyinə inanıram. Söz azadlığını boğmağa çalışan bütün planların hamısı məhv olacaq.   Mənim hakimiyyətim dövründə Rusiya oliqarxlarından birinə məxsus olan kanal bir neçə günlüyünə bağlandı. O zaman mən istefa verdim. 

Əgər buna gedirsinizsə, o zaman böyük nəticələrə də hazır olmalısınız.   Ona görə də “Rustavi-2”x9d telekanalına toxunmağı heç kimə məsləhət görmürəm. “Rustavi-2”x9d söz azadlığının, Gürcüstan dövlətçiliyinin simvoludur”x9d.   Qeyd edək ki, 2007-ci il “İmedi”x9d televiziyası bağlanan zamanı Gürcüstan prezidenti istefaya getdiyini açıqlamışdı. Son günlər “Rustavi-2”x9d telekanalının bağlanması ilə bağlı gərgin məhkəmə prosesi gedir.   

Ölkə müxalifəti “Rustavi-2”x9dni dəstəkləyərək, kanalın bağlanması ilə bağlı sifarişin Gürcüstan hakimiyyəti tərəfindən verildiyini bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO