Husilərin atdığı raket zərbələri nəticəsində Yəmənin Taiz şəhərində 4 mülki vətəndaş ölüb, 14-ü isə yaralanıb.
xa0
Moderator.az Axar.az-a istinadən xəbər verir ki, husilər şəhərin müxtəlif məhəllələrini raketlərdən atəşə tutmağa başlayıb.
xa0
Sözügedən şəhərdə davam edən atışmalar səbəbindən bir sıra ərzaq məhsullarında qıtlıq yaşanır. O cümlədən, şəhərdə su çatışmazlığı var.
xa0
Qeyd edək ki, Taizdə yerləşən Humanitar Yardım koalisiyası BMT-yə yardımla bağlı təcili çağırış edib.




































































































