Goranboyda çay daşıb, evlərin zirzəmilərinə su dolub

Goranboyda çay daşıb, evlərin zirzəmilərinə su dolub

Hazırda oxunan: Goranboyda çay daşıb, evlərin zirzəmilərinə su dolub

99009
APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə saat 03.40 radələrində Goranboyda yağan güclü leysan rayon ərazisindən axan Qaraçay çayında suyun səviyyəsini 4 metrədək artırıb. Rayonun Veyisli, Safıkürd kəndlərində yaşayış evlərinin zirzəmilərinə su dolub. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elçin Cahangirovun verdiyi məlumata görə, gecə saatlarında rayonun bütün qüvvələri səfərbər edilib, çayda daşqının qarşısı alınıb.
 
E. Cahangirov bildirib ki, güclü leysan nəticəsində evlərin zirzəmisinə dolan su FHN-in yerli qurumlarının iştirakı ilə təmizlənib.
 
Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO