
- A-
- A
- A+
Cəmiyyət
18:15 / 18.09.2015
2 dəq oxunma
Əhliman Əmiraslanov Prezident təqaüdçüləri ilə görüşdü
Hazırda oxunan: Əhliman Əmiraslanov Prezident təqaüdçüləri ilə görüşdü
96164
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov qəbul imtahanlarında yüksək nəticə göstərərək universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüşüb. Moderator.az-ın məlumatına görə, rektor çıxış edərək, cari ildə Tibb Universitetinə 24 nəfər Prezident təqaüdünə layiq görülən gəncin qəbul olduğunu bildirib. Onun sözlərinə görə, bu tələbələr yüksək bal topladıqları üçün Prezident tərəfindən “Prezident təqaüdü”x9d ilə təltif ediliblər: "Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizinlə qürur duyuram. Siz bu universitetin fəxrisiniz, qaymaqlarısınız. Biz fəxr edirik ki, siz məhz bizim universiteti seçmisiniz”x9d.
Akademik Ə.Əmiraslanov tələbələrə ATU-nun maddi-texniki bazası, təhsil sistemi, imtahanların keçirilmə qaydası və tələbə yataqxanaları haqqında da ətraflı məlumat verib. O, universitetdə bütün imtahanların insan faktoru olmadan, kompüter vasitəsi ilə, Virtual Test Mərkəzində (VTM) keçirildiyini deyib: "ATU-da yaradılmış 4 möhtəşəm klinika universitetimizin əsas maddi-texniki bazasını təşkil edir. Bu klinikalar elmi texnologiyaların ən son innovativ avadanlıqları ilə təchiz olunub. Beynəlxalq standartlara uyğun olan bu təchizat ATU-da elmin və təhsilin yüksək səviyyədə aparılmasına geniş imkanlar verir".
Rektor Əhliman Əmiraslanov həmçinin ATU-da tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilmiş 6 yataqxana binasının fəaliyyət göstərdiyini bildirib. Onlardan 1 və 6 saylı yataqxanalarda ATU-da təhsil alan oğlan tələbələr, 2 və 3 saylı yataqxanalarda qız tələbələr, 5 saylı yataqxanada isə xarici tələbələr yerləşdirilib. 4 saylı yataqxanada müvəqqəti olaraq məcburi köçkünlər məskunlaşıb. Hazırda ATU-nun 1 saylı yataqxanasında 172 nəfər, 2 saylı yataqxanasında 160 nəfər, 3 saylı yataqxanasında 291 nəfər, 5 saylı yataqxanasında 273 nəfər, 6 saylı yataqxanasında isə 368 nəfər tələbənin yaşadığını da tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirin sonunda rektor Ə.Əmiraslanov Prezident təqaüdünə layiq görülmüş tələbələrin hər birinə hədiyyələr təqdim edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün

































































































