Abutalıbov Yasamalda eyvanları sökürdürür  - FOTOLAR

Abutalıbov Yasamalda eyvanları sökürdürür - FOTOLAR

Hazırda oxunan: Abutalıbov Yasamalda eyvanları sökürdürür - FOTOLAR

91410

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, paytaxtın Yasamal royunu, A.Ağayev küçəsi bina 1-də olan mənzillərə bitişik əlavə tikililər sökülsün.

Bu ünvanda yaşayan sakinlər isə deyir ki, tikili qanunidir və bununla bağlı elə icra hakimiyyətinin verdiyi müvafiq qərar əllərindədir. 

Moderator.az bildirir ki, artıq binanın eyvanında olan sənədsiz tikililər sökülür. İcra hakimiyyəti bu işləri şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə əlaqələndirir. 

H.Abutalıbov söküntü işlərinin başa çatması üçün 2 saat vaxt qoyub.

Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi hazırda söküntü ərazisindədir. Sakinlər ona əlavə tikili ilə bağlı icra hakimiyyətinin sənədlərinin sürətini təqdim ediblər. Bu barədə merə məruzə olunduqdan sonra o, sənədsiz tikililərin sökülməsində israrlı olduğunu deyərək, sənədli tikililərlə bağlı məsələyə bu gün iş saatının sonuna qədər baxılacağını bildirib.

Sakinlər deyirlər ki, evlərinə bitişik olan əlavə tikililər sökülərsə evlərini tərk etməyəcəklər. Onlar sənədli  tikililərin sökülməsini qeyri-qanuni hesab edirlər.(bizimyol.info)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO