Respublika ərazisində taxıl biçinindən sonra yandırılmış və ətrafda müəyyən fəsadlar yaratmış biçənək sahələrində monitorinqlər aparılır.
xa0
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, monitorinqlər zamanı müəyyən edilib ki, taxıl biçinindən sonra sahələrin təmizlənməsi üçün fermerlər tərəfindən ərazilər bilərəkdən yandırılıb. Bunun nəticəsində Qazax rayonunun Xanlıqlar kəndi ərazisində 90 ha, Şamaxı rayonu Qurdtəpə kəndi ərazisində 9 ha, Ağsu rayonu Nüydü kəndi ərazisində 8 ha sahədə, Cəlilabad rayonunda 2 ha, Göyçay rayonu Kürdşaban kəndi ərazisində 1 ha sahədə üst bitki örtüyü tamamilə yanıb.
xa0
Goranboy rayonu Nərimanlı kəndi ərazisində 5 ha sahədə biçilmiş taxıl sahəsi yandırıldıqdan sonra alov Goranboy-Qızılhacılı avtomobil yolunun mühafizə zolağına keçib. Nəticədə ikiillik 40 ədəd şam ağacı yanaraq məhv olub, 5 ədəd müxtəlif cinsli ağac isə zədələnib. Həmçinin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində də 30 ha biçilmiş taxıl sahəsində baş verən yanğın sonradan od avtomobil yolunun kənarına keçib. Qazax rayonu Məşədilər kəndi ərazisində 700, İsmayıllı rayonu Diyarlı kəndi ərazisində 76 və Goranboy rayonu Gürzalılır kəndi ərazisində 1150 ədəd kol yanıb.
xa0
Faktlarla bağlı təqsirkarların tapılaraq barələrində qanunamüvafiq tədbir görülməsi üçün rayon rayon polis şöbələrinə məktub göndərilib.
xa0


































































































