Azərbaycanda balıqlar kütləvi tələf olub?  - Rəsmi

Azərbaycanda balıqlar kütləvi tələf olub? - Rəsmi

Hazırda oxunan: Azərbaycanda balıqlar kütləvi tələf olub? - Rəsmi

89270
Xəzərin Azərbaycan sahillərində nəzarət tədbirləri həyata keçirilib və balıqların tələfatına təsadüf edilməyib.
 
Bu barədə Moderator.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən məlumat verilib.
 
Rusiyanın Mahaçqala ərazisinin Xəzər sahili sularında balıqların kütləvi tələf olma halları qeydə alınıb. Buna dair Azərbaycan sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsinə göstəriş verilib.
 
Eləcə də baytarlıq idarələrinə tapşırılıb ki, ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirən zaman ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə, onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilsin.
 
Göstərişə uyğun olaraq, Xəzər dənizi sahili rayonların baytarlıq idarələri (Xaçmaz, Şabran və Siyəzən rayon baytarlıq idarələri) qısa zaman kəsiyində nəzarəti tədbirlər həyata keçiriblər.
 
Avqustun 5-də aparılan aktiv nəzarəti tədbirlərin nəticəsi olaraq hər hansı balığın tələfatına təsadüf olunmayıb və bu ərazilər daim nəzarətdədir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO