Xəbər verildiyi kimi, Göyçayda həbs olunan hüquq müdafiəçisi Taleh Xasməmmədovun sonuncu məhkəməsində qalmaqal baş verib. Məhkəmənin qəbul etdiyi ədalətsiz qərara etiraz edən hüquq müdafiəçisinin anası Gülbuta Xasməmmədova polis zorakalığına və təhqirlərə məruz qalıb. Üzləşdiyi ədalətsizlik və zorakalıqla bağlı hüquq müdafiəçisinin anası daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edərək ona qarşı qanunsuzluğa yol vermiş Göyçay rayon polis şöbəsinin əməkdaşlarının adlarını açıqlayıb, onların cəzalandırılmasını istəyib.
Əldə etdiyimiz məlumata
görə edilən şikayətə adekvat reaksiya verən polis əməkdaşları zərərçəkəni
qabaqlamaq və törətdikləri qanunsuz hərəkətləri ört- basdır etmək üçün Gülbuta
Xasməmmədovaya qarşı cinayət işi qaldırmaq üçün tədqiqata başlayıblar. Polis əməkdaşlarına
qarşı “zor tətbiq etdiyi”x9d əsas gətirilərək bir neçə gün öncə Göyçay RPŞ əməkdaşları
tərəfindən Gülbuta Xasməmmədovun izahatı alınıb. Dünən isə o yenidən rayon
polis şöbəsinə çağrılıb. Övladı haqqında polislərin yalançı şahidlik etməsi və
şikayətçi olmasına etiraz etdiyinə görə polis zorakalığına məruz qaldığını,
haqsız yerə təzyiqlərlə üzləşdiyinə əsas gətirən Gülbuta Xasməmmədova polis şöbəsinə
getməkdən imtina edib. Bildirib ki, bunun üçün ona rəsmi dəvət bildirişi göndərilsin.
Xatırladaq ki, Göyçay
rayon məhkəməsinin 22 iyul 2015- ci il tarixli qərarı ilə hüquq müdafiəçisi
Taleh Xasməmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərara əsasən o cəzasını
ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Həmin gün məhkəmə zalında
baş verənlərlə bağlı mətbuata verdiyi açıqlamada hüquq müdafiəçisinin anası
Gülbuta Xasməmmədova bildirib ki, Göyçay Rayon Polis şöbəsinin rəis müavini,
Talehdən şikayətçi olan Faiq İlyasovun göstərişi ilə serjant Vahid Həşimov üzərimə
hücum çəkərək məni, bir anaya yaraşmayan ağır küçə söyüşlərlə dayanmadan təhqir
etdi; “Hətta mənə əl qaldırıb məni vurdu, başqa polislər isə mənim qolumdan
tutmuşdular. Elə bu zaman polis kapitanı İslam İslamov hardansa peyda olaraq mənim
üzərimə şığıdı və qolumdan tutaraq məni zorla məhkəmə salonundan çölə atmaq istəyirdi,
mən çölə çıxmaq istəməyərək “anayam”x9d deyərək etiraz etdim. O, isə bu vaxt mənə
qarşı zorakalıq edərək məni küçə söyüşləri ilə təhqi etdi, əlimi sıxaraq
dırnağı ilə barmağımı zədələdi və barmağım qanadı. Bütün bunları gözü ilə görən
rəis müavini Faiq İlyasov polis işçilərinin qanunsuz hərəkətlərini dayandırmaq əvəzinə
“Xasməmmədovlardan bir raport hazırlayın hamısını basın içəri”x9d deyə onlara əmr
etdi”x9d.
Taleh Xasməmmədov bu ilin
fevral ayının 24- də Göyçayda həbs olunub. Cinayət Məcəlləsinin 221. 2- ci maddəsi
ilə ittiham olunur. Yerli ictimai fəallar və bir sıra hüquq müdafiə təşkilatları
Taleh Xasməmmədovun həbsini Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz
Ağayevin sifarişi ilə həyat keçirildiyini bildirirlər. Hüquq müdafiəçisinin son
məhkəməsində rayon polis şöbəsinin rəis müavini Faiq İlyasovun rəhərliyi ilə
polis əməkdaşlarının fəallıq etməsi, Taleh Xasməmmədovun üzünə durub ondan
şikayətçi olmaları və sonda məhbusun ailə üzvlərinə qarşı fiziki zorakalıq edib
onları hədələməsi bu sifarişin əsaslı olmasına dair ehtimalı artırır.
Siyasi Məhbusların işi ilə
bağlı yaradılmış İşçi Qrup Taleh Xasməmmədovu siyasi məhbus elan edib.
PS.Yazı ilə bağlı bütün
maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.



































































































