Şabranda yanğın genişlənib – İnsanlar ərazidən köçürülür – YENİLƏNİB - FOTO/VİDEO

Şabranda yanğın genişlənib – İnsanlar ərazidən köçürülür – YENİLƏNİB - FOTO/VİDEO

Hazırda oxunan: Şabranda yanğın genişlənib – İnsanlar ərazidən köçürülür – YENİLƏNİB - FOTO/VİDEO

88835

Şabranın Zöhrəmli kəndində alov artıq evlərə keçib.  

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, Şabran İH başçısının müavini İlkin Ağayev bildirib ki, alovun evlərə keçməsinin qarşısını almaq üçün tədbirlər görülsə də, yanğın nəticəsində bir ev yanıb.

Onun sözlərinə görə, alovun digər evlərə keçməsinin qarşısı alınır.  

FHN-nin 10-dan artıq yanğınsöndürən avtomobili və 1 helikopteri alovun söndürülməsinə cəlb olunub. Yerli sakinlərin sözlərinə görə, yanğınsöndürən avtomobillərdə su çatışmır. 

İlkin Ağayevin sözlərinə görə, Zöhrəmli kəndindən insanlar köçürülür.

 
*** 12.55

Şabranda alov genişlənərək rayonun Zöhrəmli kəndinin ərazisinə çatıb.

Bizim.Media xəbər verir ki, alovun söndürülməsinə FHN-in 11 yanğınsöndürən avtomobili və helikopteri cəlb edilib.

Zöhrəmli kəndində alovun evlərə keçmə təhlükəsi var.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO