Murov dağının altından Kəlbəcərə 12 km tunel çəkiləcək - RƏSMİ

Murov dağının altından Kəlbəcərə 12 km tunel çəkiləcək - RƏSMİ

Hazırda oxunan: Murov dağının altından Kəlbəcərə 12 km tunel çəkiləcək - RƏSMİ

8844

Kəlbəcər yolunun inşasına Göygöl rayonunun Toğanalı kəndindən start verilib. Yol Kəlbəcər-İstisu və Kəlbəcər-Laçın istiqamətlərinə kimi uzanacaq.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

BNA ona tapşırılan işləri yola verir, sahibkarı sıxışdırır – İDDİA


Onun sözlərinə görə, yolun uzunluğu təxminən 190 km-ə yaxın olacaq:

“Əlavə olaraq layihə işləndikcə avtomobil yolunun uzunluğu dəyişə bilər. Təqribi desək, yolun Toğanalı-Kəlbəcər istiqamətində olan hissəsinin uzunluğu 74 km olması nəzərdə tutulur. 28 km Kəlbəcər-İstisu istiqamətinə, 87 km Kəlbəcər- Laçın istiqamətinə düşür. Layihənin ilk 4,5 km hissəsi Toğanalı kəndinin içərisindən keçir”. 

Qurum sözçüsü əlavə edir ki, layihənin 7, 10 və 13-cü kilometrliyində mövcud çay körpüləri yerləşir. Onlar yararsız vəziyyətdə olduğu üçün yeni körpülərin layihəsinin hazırlanması və tikintisinə dair işlərin də paralel olaraq həyata keçirilməsi nəzərdə tutulur.

A.Nəcəfli Murov dağı silsiləsinin altından tunellərin inşasının nəzərdə tutulduğunu da vurğulayıb:

“Layihənin 16 kilometrliyindən Murov dağı silsiləsi başlanır. Həmin yüksəklik 1900, 3250, hətta bəzi yerlərdə 3500 metrə qədər artır. Buna görə də Murov dağı silsiləsinin altından ümumi uzunluqları təxminən 10-12 km-lik tunellərin inşası nəzərdə tutulur.

Tunellərdə isə hərəkət zolaqlarının sayının 4-ə qədər artırılması planlaşdırılır. Hazırda layihədə axtarış, geologiya və ilkin qiymətləndirilmə işləri aparılır.

Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq, Murov dağı silsiləsinə qədər olan 14 km-lik hissədə isə artıq müəyyən işlərə başlanılıb.

Layihənin keçdiyi ərazidə sərt dağlıq və qayalıq relyefin olması nəzərə alınaraq, yolun hərəkət hissəsinin iki zolaqdan başlayaraq, yoxuşlarda əlavə zolaq verilməklə layihələndirilməsi nəzərdə tutulur. Yəni, yol iki-üç zolaqlı olacaq”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO