Laçında QƏZA – Aşırımda 2 maşın toqquşdu

Laçında QƏZA – Aşırımda 2 maşın toqquşdu

Hazırda oxunan: Laçında QƏZA – Aşırımda 2 maşın toqquşdu

82945

Laçın rayonunda yol qəzası baş verib, nəticədə bir nəfər xəsarət alıb.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Kəlbəcər-Laçın yolunun Duzdağ aşırımında baş verib.

Belə ki, əks istiqamət üzrə hərəkət edən “Mitsubishi” və “Niva” markalı minik maşınları toqquşub. Nəticədə bir nəfər xəsarət alıb.

Yaralı Kəlbəcər rayonunda tibbi yardım aldıqdan sonra, Göygöl rayonuna göndərilib. Onun dizində sınıqlar olduğu deyilir.

Faktla bağlı araşdırma başlanıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO