“Ötən gecədən gələn xəbərlərdən çox narahatam”x9d  -Deputat

“Ötən gecədən gələn xəbərlərdən çox narahatam”x9d -Deputat

Hazırda oxunan: “Ötən gecədən gələn xəbərlərdən çox narahatam”x9d -Deputat

81600
Gürcüstanın paytaxtı Tiflisdə baş verən dəhşətli təbii fəlakət nəticəsində həyatını itirən insanlara Allahdan rəhmət, əzizlərinə səbr, xəsarət alanlara acil şəfalar, bir daha belə bir acı yaşamamalarını diləyirik. 
 
Moderator.az xəbər veri ki,  millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayeva Gürcüstanda baş vermiş daşqından sonra tələfat və maddi zərərə görə gürcüstanlı həmkarlarıyla əlaqə saxlayaraq onlara "keçmiş olsun" diləklərini çatdırıb, həlak olanların ailəsinə başsağlığı verib, xəstələrə şəfa diləyib:

“Gürcüstandan bir sıra dostlarla əlaqə saxladıq, Tiflisdə gecə dəhşətli təbii fəlakət zamanı yaşadıqlarını, xeyli sayda insanın evinin, əşyalarının tam yararsız vəziyyətə düşdüyü, çətinliklərlə üzləşmələri və Tiflisin özünə böyük zərər dəydiyi barədə məlumat aldıq. Ötən gecədən gələn xəbərlərdən çox narahat olduğumuzu bildirdim, geniş fikir mübadiləsi apardıq. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupu olaraq dost Gürcüstana bir daha belə acılar yaşamamağı diləyərək ölənlərin ailələrinə başsağlımızı çatdırdıq”x9d. 
 
Qeyd edək ki, iyunun 13-dən 14-nə keçən gecə Gürcüstanda yağan güclü leysan yağışları ölkənin bir neçə bölgəsində, o cümlədən paytaxt Tiflisdə ciddi fəsadlar törədib. Təbii fəlakət nəticəsində Tiflisdə 12 nəfər həlak olub, onlarla insan evsiz qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO