Rayonlarda qanunsuz ağac kəsimi ilə bağlı Prokurorluqdan AÇIQLAMA 

Rayonlarda qanunsuz ağac kəsimi ilə bağlı Prokurorluqdan AÇIQLAMA 

Hazırda oxunan: Rayonlarda qanunsuz ağac kəsimi ilə bağlı Prokurorluqdan AÇIQLAMA 

80588

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, Salyan, Şəmkir və Ağcabədi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən xəbər verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi başlanıldı


Bildirilib ki, aparılan araşdırmalarla qeyd edilən rayonların ərazilərində meşə fonduna aid olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə təbiətə 21 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib. 

Fakta görə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO