Kəlbəcərin prokurorundan prezidentə ilginc şikayət...

Kəlbəcərin prokurorundan prezidentə ilginc şikayət...

Hazırda oxunan: Kəlbəcərin prokurorundan prezidentə ilginc şikayət...

77342
Hörmətli Redaksiya!  
Moderator.az-a açıqlamasında “Turan”x9d İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin  Qaçqınkom”x9dun fəaliyyəti yoxlanılmalıdır”x9d sərlövhəli yazısına əlavə olaraq  yeni bir faktı  qeyd  etmək isdəyirəm ki, həqiqətən də "Qaçqınkom"un  yerli nümayəndəlikləri  tərəfindən də bilərəkdən öz maraqları naminə  məcburi köçkün olmayan vətəndaşlara saxta sənədlər əsasında məcburi köçkün vəsiqəsi verilməklə, dövlət tərəfindən məcburi köçkünlərə ayrılmış imtiyazlardan qeyri - qanuni isdifadə etmələrinə şərait yaratmaqla dövlət büdcəsinə külli miqdarda ziyan vurublar.

 Ağakərimova  Aynur, Emiliya İslam qızlarına qeyri - qanuni olaraq məcburi köçkün vəsiqəsinin verilməsi,  eləcə də saxta diplomla işləmələri  barədə dəfələrlə rəsmi sənədlərlə  Kəlbəcər rayon prokuroruna müraciət etsəm də nədənsə Ariz Əliyev belə bir faktın üzə çıxarılmasında  maraqlı olmayıb...

 Belə ki , 2013-cü ilin sentyabr ayının 25-nə olan dövrə qədər  mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu  və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydaların 4.1.6 -2.4.6 ”“ cı maddəsinin tələblərinə əsasən valideynlərindən hər ikisi məcburi köçkün statsuna malik olan ailələrin övladlarına məcburi köçkün statsunu təsdiq edən vəsiqəsi verilməli olduğu gösdərilsə də bu hallar nəzərə alınmadan qeyd etdiyim bacılara qanunsuz olaraq  məcburi köçkün vəsiqəsi verilib.

Hətta  2013-cü ilin sentyabr ayında sözügedən qanunvericiliyə dəyişiklik olunsa belə həmin qaydaların  4.1.6-cı maddəsinin tələblərinə əsasən valideynlərindən atası məcburi köçkün statsuna malik olan hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə  işğal olunmuş rayon (şəhər ) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu verilir.

Ancaq qeyd etdiyim faktlara baxmayaraq Kəlbəcər rayon prokuroru  istintaqı  birtərəfli, yarımçıq və qərəzli apararaq  qanunsuz qərar qəbul etdi. 

Sonradan mən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə  müraciət edib prokurorun araşdırmaq isdəmədiyi  bacıların  hətta saxta diplom alması  faktının aşkara çıxarılmasına nail oldum. Rəsmi arayışın nömrəsi baş idarənin o vaxtkı rəisi general Mirqafar Seyidovun imzası  ilə  (23.04.2014-) cü il  nömrəli  007-10681/3M -3214 arayışı,  04.11.2014 ”“cü il  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin  istintaq şöbəsinin rəisi, baş ədiliyyə müşaviri Əli Quluyevin rəsmi arayışı birbaşa sübut edir ki, həqiqətən Kəlbəcər rayon prokuroru "Qaçqınkom"un yerli şöbələri və digər idarə - təşkilatlarla əlbir olaraq  belə bir cinayəti ört - basdır edib.

İşin içində olan "Qaçqınkom"un  05.09.2013-cü il  01/5600 nömrəli, 16.12.2014-cü il  01/7248 nömrəli  rəsmi arayışları birbaşa sübut edir ki, həqiqətən qeyd etdiyim bacıların məcburi köçkün vəsiqəsi alması qanuna ziddir. Belə olan halda görəsən  Kəlbəcər rayon prokuroru Ariz Əliyev sözügedən vəsiqələrin  ləğv edilməsi barədə məsələ qaldırılmasına baxmayaraq nə üçün ədalətli istintaq aparmayıb?

 Yuxarıda qeyd etdiyim faktlar sübut edir ki, mən şikayətimdə haqlı olmuşam, ancaq  Kəlbəcər rayon prokuroru öz mülahizələri üzərində dayanaraq rəsmi faktları nəzərə almadan qanunsuz qərarlar qəbul edib.

Prokurorun belə hərəkətləri barədə ölkə başçısına, baş prokurora mətbuat vasitəsi ilə də müraciət etmişəm ki, belə  qanunsuzluğun qarşısı alınsın.

İlham Məmmədov, Kəlbəcərdən məcburi köçkün
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO