“31 mart ”“ azərbaycanlıların soyqırımı günü”x9dnə həsr olunmuş dəyirmi masa keçirilib

“31 mart ”“ azərbaycanlıların soyqırımı günü”x9dnə həsr olunmuş dəyirmi masa keçirilib

Hazırda oxunan: “31 mart ”“ azərbaycanlıların soyqırımı günü”x9dnə həsr olunmuş dəyirmi masa keçirilib

73907
Bütün ölkədə olduğu kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda da “31 mart ”“ azərbaycanlıların soyqırımı günü”x9dnə həsr olunmuş dəyirmi masa keçirilib.

Dəyirmi masa soyqırım qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

İnstitutun direktoru, f.e.d, prof. İlham Məmmədzadə çıxış edərək son 200 ildə azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırım cinayətlərinin xronologiyası ilə bağlı geniş məlumatlar vermişdir. Ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürüldükdən sonra sistemli formada həyata keçirilən amansız soyqırımlar təbii ki, tarixin səhifələrindən silinməmişdir. İllər keçsə də, XIX əsrin 90-cı illərində, 1905-1907, 1915-1920-ci illərdə Gəncədə, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda, Bakıda, Kürdəmirdə əhaliyə, xüsusilə azərbaycanlılara, yəhudilərə, ləzgilərə, kürdlərə və digər yerli əhaliyə qarşı ermənilər, erməni ideoloqları və erməni terrorçuları tərəfindən kütləvi qırğınlar həyata keçirilmişdir. O illərdən uzun bir müddət keçməsinə baxmayaraq, tarixçilərimiz, arxeoloqlarımız kütləvi insan qırğınlarının canlı şahidinə çevrilmiş onlarla məzarlıqlar aşkar etmişdir. Bu yerlər indi xalqın ziyarət məkanına, anım yerinə çevrilib.

Azərbaycan dövlətinin gördüyü tədbirlər nəticəsində Qubada, Şamaxıda, Gəncədə və bir sıra başqa regionlarda memorual kompleksləri yaradılmış, çoxsaylı əsərlər, məqalələr yazılmış, abidələr qoyulmuşdur. Sovet hakimiyyəti illərində Şaumiyanın, Andranikin, Mikoyanın və onlarla “erməni liderləri”x9dnin ciddi səyi ilə Rusiya İmperiyasının XIX və XX əsrdə həyata keçirdiyi siyasət Stalin tərəfindən də sovet hakimiyyəti illərində eyni qayda ilə davam etdirilmişdir. Tarixi Azərbaycan torpağı olan müasir Ermənistan ərazisində yaşayan azərbaycanlılar dövlət səviyyəsində tarixi vətənlərindən, ana yurdlarından əkinçiliyin inkişafına töhfələr vermək adı altında Azərbaycanın isti regionlarına köçürülmüş, sərhəd zonasında yaşayanların bir hissəsi isə “siyasi motivlər”x9dlə Qazaxıstana və Sibirin müxtəlif yerlərinə sürgün olunmuşlar. Bu siyasətin nəticəsinə minlərlə azərbaycanlı, türk, kürd tarixi ədalətsizliyin qurbanına çevrilmiş və nəsillər məhv olmuşlar. 1988-ci ildən baş-layaraq ermənilər terrorçuluq və seperatizm siyasətini yenidən alovlandırmış və azər-baycanlılara qarşı Ermənistan dövləti tərəfindən soyqırım siyasəti planlı, məqsədli və düşünülmüş şəkildə davam etdirilmişdir. Bu gün dünyanın bir çox parlamentləri tərə-findən tanınmış Xocalı soyqırımı həmin genosid siyasətinin müasir günlərimizdəki davamı kimi səciyyələndirilə bilər. Xüsusilə qeyd edilməlidir ki, az qala 200 ildən çox davam edən bu soyqırım cinayətlərinə tarixi və hüquqi baxımdan ən ədalətli qiymətin verilməsində Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın böyük və tarixi xidmətləri olmuşdur. Belə ki, Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Milli Məclisinin iclaslarında azərbaycanlılara qarşı soyqırımla bağlı sistemli tədbirlər həyata keçirilmiş, müzakirələr aparılmış və bu faktlar beynəlxalq miqyasda ardıcıl olaraq yayılmışdır. Bütün ölkə soyqırımın tarixi və qanlı səhifələri ilə dərindən tanış edilmiş, bu dəhşətli faktların milli və beynəlxalq səviyyədə yayılmasına xüsusi diqqət yetirilib.

Məhz Ulu Öndərimiz, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə tariximizdə ilk dəfə olaraq “31 mart ”“ Azərbaycanlıların Soyqırım günü”x9d kimi qeyd edilməsi qərara alınmışdır. Bu böyük, əhəmiyyətli və tarixi bir yaddaşın hər il qeyd edilməsi misilsiz xidmətlər kimi hələ illər uzunu xatırlanacaqdır. Bu Fərmana uyğun olaraq da biz bu gün bütün ölkədə ol-duğu kimi dəyirmi masa ətrafında toplanmışıq. Soyqırım gününün bütün ölkə və bey-nəlxalq miqyasda keçirilməsi tarixi yaddaşları bir daha təzələyir, vahid məqsəd uğ-runda milli birliyə səsləyir, gənclərimizi səfərbər edir. Soyqırımın dərindən öyrənil-məsi, anılması, xatırlanması ölkədə vətənpərvərlik hissinin güclənməsinə, azərbay-cançılıq ideologiyasının dərindən dərk edilməsinə əhəmiyyətli təsir göstərir. İnstitutda bu məqsədlə Habil Həmidovun, Zaur Əliyevin, Yaşar Əliyevin, Rəna Mir-zəzadənin, Bəhram Zahidovun, Habil Qurbanovun, İsaxan Vəliyevin və digərlərinin əsərləri ”“ məqalələri, kitabları geniş oxucu kütləsinin böyük marağına səbəb olur. Elə bu yaxında İnstitutun bir qrup alimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət”x9d kampaniyasına dəstək məqsədilə qardaş Türki-yəyə səfər etmişdir. Bir həftəlik səfər zamanı Türkiyənin ən məşhur onlarla univeristetlərində tələbələrlə və müəllimlərlə görüşlərimiz “Xocalıya ədalət”x9d kampaniyasına çoxsaylı tərəfdaşların artmasına və genişlənməsinə əhəmiyyətli təsir göstərmişdir. Bu tədbirlər Türkiyənin kütləvi informasiya vasitələrində geniş əks olunmuşdur. Lakin soyqırım tədbirləri kampaniya xarakteri almamalı, arıdıcıl və sistemli şəkildə davam etdirilməlidir.

Dəyirmi masada çıxış edən Rəna Mirzəzadə, Zaur Əliyev, Bəhram Zahidov və başqaları azərbaycanlılara qarşı soyqırımın tanınmasında və bu tədbirin bütün ölkə miqyasında və beynəlxalq səviyyədə keçirilməsinə xüsusi önəm verilməsini vacib he-sab etmişlər. Natiqlər bu istiqamətdə alimlərin səfərbər olunmasını, gəncliyin bu amal uğrunda, azərbaycançılıq ideologiyasının həyata keçirilməsi uğrunda, ölkə prezidenti, cənab İlham Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsinə dəstək olmağa və onun ətrafında birləşib, ölkənin uğurlu inkişafına dəstək olmağa çağırmışlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO