Naviqator Mobil Servises MMC barəsində yazılanları təkzib etdi

Naviqator Mobil Servises MMC barəsində yazılanları təkzib etdi

Hazırda oxunan: Naviqator Mobil Servises MMC barəsində yazılanları təkzib etdi

72072

Saytımızda təxminən bir həftə bundan öncə “Report”x9da istinadən “Azərbaycanda mobil telefonlara əxlaqsız video göndərilir”x9d sərlövhəli yazı yer alıb. Dünən həmin yazı ilə bağlı redaksiyamıza müraciət edən Naviqator Mobil Servises MMC məlum yazıda yer alan xəbərlərlə bağlı təkzib məktubu ilə çıxış edib. Məktubda deyilir:

“2015-ci il martın 5-də saat 12:11-də “www.moderator.az”x9d internet səhifənizdə “Azərbaycanda mobil telefonlara əxlaqsız video göndərilir ”“ FOTO”x9d başlıqlı xəbər dərc edilmişdir. Xəbərdə deyilir ki, “Azərbaycanda mobil telefonlara pornoqrafik məzmunlu virus yayıldığı aşkar olunub”x9d və “virusun telefona daxil olması nəticəsində abunəçinin balansından pul silinir və erotik məzmunlu video təqdim olunur”x9d. Xəbərdə həmçinin qeyd edilir ki, “Araşdırma nəticəsində virus yayılan erotik məzmunlu xidmətin mobil operatorlar üçün "Navigator Mobile Services" (NMS) şirkəti tərəfindən təqdim olunduğu müəyyənləşib. Şirkət hazırda ölkədə fəaliyyət göstərən hər üç mobil operator ilə əməkdaşlıq edir və bu cür keçidlər istənilən smartfondan baş verir.”x9d Daha sonra bildirilir ki, “qısa yoxlamadan sonra NMS şirkətinin saytının (www.nms.az) və həmin pornoqrafik videolar yayan saytların sahiblərinin eyni şəxslər - Aslan Hacıyev və Anar Hacıyevin olduğu müəyyənləşib”x9d.

İlk növbədə qeyd etmək istərdik ki, Naviqator Mobil Servises şirkətinin və adları çəkilən Anar Hacıyevin və Aslan Hacıyevin mobil telefonlarda yayıldığı iddia edilən “pornoqrafik virus”x9dla heç bir əlaqəsi yoxdur. Xəbərdə “virus”x9dun hansısa texniki vasitələrlə “telefona daxil olması”x9d və orada abunəçinin balansından “pul sildiyi”x9d və “erotik məzmunlu video”x9dnun peyda olduğu iddia olunur. Bildiririk ki, əvvəla, belə bir “virusa”x9d biz rast gəlməmişik və ikincisi də, bu “virus”x9dun Naviqator Mobil Servises şirkətinə, Anar Hacıyevə və Aslan Hacıyevə məxsus olması böhtandır.

O ki qaldi “hot-ero.net”x9d internet səhifəsinə, bu sayt nə Naviqator Mobil Servises şirkətinə, nə də onun rəhbərliyinə məxsus deyil və Naviqator Mobil Servises sadəcə “sms”x9d göndərmək yolu ilə bu sayta abunə olmaq imkanı yaradan xidmətləri saytın sahiblərinə təqdim edir. Buna görə də, saytdan istifadə edərkən istifadəci ödənişin təsdiqlənməsi üçün Naviqator Mobil Servises şirkətinə məxsus “edugate.az”x9d səhifəsinə keçid edir və yalnız xidmətləri almaq istəyini təsdiq etdikdən sonra yenə geri-əvvəlki səhifəyə qaytarılır. Bununla da hər bir istifadəçi mütləq qaydada telefon nomrəsindən pul vəsaitinin silinməsinə razılıq verir.

Naviqator Mobil Servises üçüncü şəxslərə xidmətlərini təqdim etdikdə onların məzmununu yoxlayır. Bu xidmətlərin məzmunu həmçinin mobil operatorlar tərəfindən də yoxlanılır. Bu baxımdan yuxarıda adı çəkilən saytlar da yoxlanılmışdır və orada “Kütləvi informasiya vasitələri haqqında”x9d Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmiş “pornoqrafik materiallar ”x90 əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar”x9d kimi dəyərləndirilə bilən pornoqrafik məzmunlu video və şəkillərin olmadığı müəyyən edilmişdir.

Naviqator Mobil Servises ölkəmizin qeyri-neft sektorunun ən prioritetli sahələrindən biri olan İKT sahəsində fəaliyyət göstərən ən uğurlu və innovativ şirkətlərdən biridir. Şirkətin

təqdim etdiyi xidmətlər sırasında iş axtaranlara dərc olunan yeni vakansiyalar haqqında məlumatı “SMS”x9d-lə ani çatdıran “Job-SMS”x9d xidməti kimi müasir tələblərə uyğun operativ xidməti vardır.

Təəssüf hissi ilə bildiririk ki, araşdırma aparılmadan yayılan bu qərəzli xəbər yalan və böhtan xarakteri daşıyır, Naviqator Mobil Servises şirkətini və onun rəhbərliyini hüquqi məcrada müvafiq addımlar atmaq məcburiyyətində qoyur”x9d.

Naviqator Mobil Servises MMC-nin direktoru Anar Hacıyev

Naviqator Mobil Servises MMC-nin direktor müavini Aslan Hacıyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO