Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalandı - FOTO

Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalandı - FOTO

Hazırda oxunan: Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalandı - FOTO
70202
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Təhsil Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Bizim.Media xəbər verir ki, memorandumu təhsil naziri Emin Əmrullayev və Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacı imzalayıb. 

Memorandumun əsas məqsədi əməkdaşlıq çərçivəsində birgə layihələr və tədbirləri həyata keçirərək işğaldan azad olunan ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir. 

Anlaşma Memorandumda qeyd olunan məqsəd üzrə aparılan işlər çərçivəsində təhsilin inkişafına dəstəyin göstərilməsi, o cümlədən xarici dövlətlərin təcrübəsi öyrənilməklə tətbiqi, kadr ehtiyacının araşdırılması, təhsil sahəsində dövlət-özəl tərəfdaşlığının təşviqi, təhsil sisteminin imkanlarından yararlanaraq müvafiq müəssisələrdə ianəçilik mədəniyyətinin təbliği və digər bu kimi məsələlər əhatə olunub.

Razılaşmada eyni zamanda işğal nəticəsində Qarabağ bölgəsinə vurulan zərər haqqında məlumatların təhsil sisteminin iştirakçıları, digər marağı olan şəxslər və qruplar arasında təbliği, o cümlədən həyata keçirilən layihələrdə gənclərin iştirakının təşviqi ilə əlaqədar birgə layihələrin reallaşdırılması öz əksini tapıb.
Görüşdə tərəflər arasında birgə əməkdaşlıq çərçivəsində görülməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO